Rusiyada 8 və 10 yaşlı qardaşlar 82 yaşlı babaya hücum ediblər - VİDEO
Krasnodarda azyaşlı xuliqanlar 82 yaşlı babaya hücum ediblər.
meqale.com musavat.com-a istinadən bildirir ki, zərərçəkənin yaxınları bildiriblər ki, uşaqlar təqaüdçünün başına çubuqla vurub, onu təqib edib, sonra isə şüşə atıblar.
Polis hücum edənlərin 8 və 10 yaşlı qardaşlar olduğunu müəyyən edib.
Onlar öz əməllərinin səbəbini izah edə bilməyiblər. Uşaqların əvvəllər polisdə qeydiyyatdan keçmədikləri bildirilib.