Rusiyada adam oğurlayan iki azərbaycanlı həbs edildi
İki Azərbaycan vətəndaşı Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində bir nəfəri qaçıraraq onun üçün 500 min rubl girov ödəməyi tələb ediblər.
meqale.com oxuya istinadən xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə istintaq idarəsi bildirib ki, məhkəmə adam oğurluğu və hədə-qorxu ilə pul tələb etmək işi üzrə təqsirləndirilən şəxsləri həbs edib.
"Məhkəmə təqsirləndirilən şəxslər barəsində iki ay müddətinə, yəni 2024-cü il sentyabrın 30-dək həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətini təmin edib", - deyə məlumatda bildirilir.