Rusiyada "An-2" təyyarəsi itib
Rusiyanın Çukotka diyarında "An-2" təyyarəsi radarlardan itib.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə "Tass" agentliyi məlumat ayıb.
Məlumata görə, Pevek-Polyarnı-Pevek marşrutu üzrə hərəkət edən təyyarə eniş vaxtı əlaqəyə çıxmayıb.
Təyyarədə biri sərnişin olmaqla 3 nəfər olub. Hazırda operativ axtarışlar aparılır
Operativ xidmətdən verilən məlumata görə, təyyarənin son koordinatları hazırda məlumdur, lakin hələ ki, təyyarəni aşkarlamaq və ya onunla əlaqə qurmaq mümkün olmayıb. Axtrışlara xilasedicilərlə yanaşı könüllülər də qoşulublar.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun