Rusiyada daşqınların vurduğu ziyan açıqlandı
Rusiyanın Orenburq vilayətində daşqın nəticəsində yaşayış evlərinə dəyən ümumi zərər 21 milyard rubl (386,4 milyon manat və ya 227,29 milyon dollar - red.) təşkil edə bilər.
meqale.com report-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Tikinti Nazirliyinin rəis müavini Aleksandr Lomakin regionda fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə hökumət komissiyasının iclası zamanı açıqlayıb.
" Fövqəladə vəziyyət nəticəsində evdən məhrum olunmuş vətəndaşlara sosial dəstək tədbirləri üçün vəsaitin ilkin məbləği 21 milyard rubldan çox ola bilər", - Lomakin söyləyib.
Xatırladaq ki, aprelin 5-də axşam saatlarında Rusiyanın Orsk şəhərində su bəndi dağılıb. Artıq şəhərdə bəndin dağılmasından sonra 1,1 mindən çox insan təxliyə edilib.