Rusiyada güclü qasırğa: Ölənlər və yaralananlar var

Rusiyanın Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində baş verən qasırğa nəticəsində iki nəfər həlak olub, altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə xidmətlərindən bildirilib.

Yaralıların vəziyyəti barədə açıqlama verilməyib.

Qeyd edək ki, Rusiyanın şimal paytaxtında dünəndən başlayaraq leysan yağır, şimşək çaxır, güclü külək əsir. Əlverişsiz hava şəraitinə görə ağaclar və zəif bərkidilmiş konstruksiyalar qırılıb, 10 minik avtomobilinə ziyan dəyib, həmçinin tikinti meydançasında kran aşıb.