Rusiyada hərbi zavodda partlayış oldu

Rusiyada Solikamsk şəhərindəki "Ural" sursat istehsalı zavodunda partlayış baş verib.

Rusiyada hərbi zavodda partlayış oldu
Rusiyada Solikamsk şəhərindəki "Ural" sursat istehsalı zavodunda partlayış baş verib.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, partlayış anında binada heç kəs olmayıb, hadisə nəticəsində xəsarət alan yoxdur.

Zavod ştat rejiminidə fəaliyyətini davam etdirir. Hadisənin baş verdiyi şərait araşdırılır.