Rusiyada hoteldə güclü yanğın: İnsanlar ayaqyalın çölə qaçdılar
Rusiyanın Naberejnı Çelnı şəhərində "Kamarooms" hoteli yanıb.
meqale.com oxuya istinadən xəbər verir ki, ziyarətçilər tüstünü görüb dərhal binadan qaçmağa başlayıblar. Yanğının aşağı mərtəbələrdən başladığı iddia olunub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qonaqlardan və işçilərdən heç kim xəsarət almayıb.
Bildirilib ki, binadakı yanğın dörd min kvadratmetr sahəni əhatə edib. Hadisə yerinə 77 xilasedici və 25 texnika gəlib.
Artıq yanğın söndürülüb.