Rusiyada ilk dəfə qeyri-adi nikah baş tutdu

Rusiya Federasiyasının Voronej vilayətinin Novaya Usman kəndindən olan müəllimlər - Roman Babayev və Daria Çernıxdan arasında biometrikdən istifadə etməklə ilk nikah qeydiyyatı baş tutub

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.

Bildirilib ki, yeni evlənənlərə onların biometrik məlumatlarının oxunduğu qadcet verilib. Onların düzgünlüyü təsdiqləndikdə, sevən cütlük rəsmi olaraq ər-arvad olublar.

"Bu, Rusiyada biometrikdən istifadə edilən ilk toydur", - Biometrik Texnologiyalar Mərkəzi ASC-nin baş direktoru Vladislav Povolotski hadisəni şərh edib.

Qeyri-adi hadisənin iştirakçıları təsadüfən seçilməyib - Roman və Daria ictimai fəaliyyətlərdə fəal iştirak edir, həmçinin Ukraynada xüsusi əməliyyatın iştirakçıları üçün humanitar yardımın toplanmasına kömək edirlər.