Rusiyada yanacaq qıtlığı yaranıb

Rusiyada yanacaq çatışmazlığı qiymətlərin yüksəlməsinə səbəb olub.

Rusiyada yanacaq qıtlığı yaranıb
Rusiyada yanacaq çatışmazlığı qiymətlərin yüksəlməsinə səbəb olub.

meqale.com xəbər verir ki, "Kommersant" nəşrinin məlumatına görə, bir neçə iri neftayırma zavodunda aparılan təmir işləri benzinin bazara çıxan həcmində azalmaya yol açıb.

Bu isə ölkədə benzin qıtlığına gətirib çıxararaq, birjada topdan satış qiymətlərinin artmasına təsir göstərib.

Hökumət vəziyyəti sabitləşdirmək məqsədilə benzin ixracına məhdudiyyət qoyub və bazarda gərginliyi azaltmaq üçün əlavə tədbirlər hazırlayır. Lakin mütəxəssislər kənd təsərrüfatında əkin-biçin mövsümünün yaxınlaşdığı bir vaxtda yanacaq istehsalını artırmadan vəziyyətin normallaşmasının çətin olduğunu vurğulayırlar.