Rusiyada yük gəmisi AŞDI - Ölənlər var
Rusiyanın Saxalin adasında yük gəmisi aşıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Korsakov limanında qeydə alınıb.
Hadisə nəticəsində iki nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.
Ümumilikdə gəminin göyərtəsində 7 ekipaj üzvü olub. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.