Rusiyadakı teraktda bu ölkənin əli ola bilər - FTX
"Krokus"da terror aktını törədənlərin Ukraynada əlaqələri olub.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
"Cinayətkarlar Moskva yaxınlığındakı "Krokus Siti Holl"da terror aktı törətdikdən sonra Rusiya Federasiyasının Ukrayna ilə sərhədini keçməyi planlaşdırırdılar, onların Ukrayna tərəfində müvafiq əlaqələri olub", - məlumatda bildirilib.