Rusiyadan Çinə qaz tədarükündə tarixi rekord
"Qazprom"un 2023-cü ildə Çinə qaz tədarükü ötən illə müqayisədə 1,5 dəfə artıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksey Miller Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
"Bu il Çinə qaz tədarükü 2022-ci illə müqayisədə 1,5 dəfə çox olacaq. 2025-ci ildə isə biz artıq müqavilə öhdəliklərimizi yerinə yetirəcəyik. 2025-ci ildə Çinə qaz tədarükü 38 milyard kubmetr təşkil edəcək", - Miller vurğulayıb.
Miller xatırladıb ki, dekabrın 23-də "Qazprom" Çinə gündəlik qaz tədarükü üzrə tarixi rekorda imza atıb.