Rusiyalı hərbi müxbir Moskvada saxlanıldı

Rusiyalı hərbi müxbir Andrey Kots Moskada saxlanılıb.

Rusiyalı hərbi müxbir Moskvada saxlanıldı
Rusiyalı hərbi müxbir Andrey Kots Moskada saxlanılıb.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya KİV-i məlumat verib.

Məlumata görə, jurnalistin üzərində marixuana aşkarlanıb. Bildirilir ki, polis əməkdaşları jurnalisti küçədə saxlayanda onun əsəbi olduğunu görüblər. Daha sonra Kotsun üzərində yoxlama aparılan zaman içərisində maddə olan bağlama aşkarlanıb. Ekspertiza bu maddənin 2 qram marixuana olduğunu müəyyən edib.

Kots marixuananı satın aldığını etiraf edib. Hazırda polis narkotik vasitəni satan şəxsi axtarır.

Qeyd edək ki, Andrey Kots İkinci Qarabağ müharibəsində separatçı ermənilərin fəaliyyətini işıqlandırıb. Hərbi müxbir hazırda "Ria Novosti" saytında Ukraynadakı münaqişə ilə bağlı silsilə müqavilələr dərc edir.