Rusiyanı yalnız belə məğlub edə bilərik - Fiko
Ukrayna Qərbin köməyinə baxmayaraq, münaqişəni həll edə bilmir.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko bildirib.
"Qərb görür ki, ciddi maliyyə və hərbi yardımlara və sanksiyalara baxmayaraq, Ukrayna bu hərbi münaqişəni həll etmək iqtidarında deyil. Ancaq AB və NATO ölkələrindən ən müasir silahlarla hərbi personalın Ukraynaya gəlməsi vəziyyəti dəyişə bilər, lakin o zaman biz ancaq konyak və siqarla eyvanda oturub dünya apokalipsisinin başlamasını gözləyə bilərik", - R.Fiko vurğulayıb.