Rusiyanın 300 milyardı Ukraynaya verilir - Şok
Co Bayden administrasiyası dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermək üçün müttəfiqlərlə təcili danışıqlara başlayıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Konqresdə belə bir addıma dəstək artmaqdadır və bu, ABŞ administrasiyasında nikbinlik yaradır.
Nəşrin həmsöhbətləri bildiriblər ki, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiyanın hakimiyyət orqanları ilə müvafiq danışıqlar son vaxtlar sürətlənib. Söhbət təxminən 300 milyard dollarlıq Rusiya aktivindən gedir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun