Rusiyanın Aya göndərdiyi kosmik gəmi ilk məlumatları emal etməyə başlayıb

Rusiyanın Aya su mənbəyi axtarmaq üçün göndərdiyi "Luna-25" kosmik gəmisindəki elmi cihazların işə düşdüyü və ilk məlumatların işləndiyi bildirilib.

meqale.com oxuya istinadən bildirir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən bu yana Aya göndərdiyi ilk kosmik gəmisi olan "Luna-25"in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.

Açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib. Həmçinin kosmik gəmidəki elmi cihazların işə salındığı, əldə edilən ilk məlumatların işləndiyi də bildirilib.