Rusiyanın bu hava limanında məhdudiyyətlər

Rusiyanın Volqoqrad hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir.

Rusiyanın bu hava limanında məhdudiyyətlər
Rusiyanın Volqoqrad hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako özünün teleqram kanalında məlumat verib.

"Moskva vaxtı ilə saat 21:38-də Volqoqrad hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub", - məlumatda deyilir.

O bildirib ki, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.