Rusiyanın bu sözləri bizi qorxutmur - Fişer
ABŞ raketlərinin Almaniyaya mümkün yerləşdirilməsi fonunda Rusiyanın orta mənzilli silah istehsalının mümkün bərpası barədə açıqlaması bizi qorxutmur.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Sebastyan Fişer deyib.
"Düzünü desəm, biz bu cür bəyanatlarla özümüzü qorxutmağa imkan verməyəcəyik", - deyə diplomat bildirib.
Qeyd edək ki, bundan öncə Ağ Ev ABŞ-ın 2026-cı ildə Almaniyada daha uzunmənzilli yeni raketlər yerləşdirməyə başlayacağını açıqlayıb.