Rusiyanın daha bir regionunda niqab qadağan olundu

Rusiyanın Qaraçay-Çərkəz Respublikasında niqab geyinmək qadağan edilib.

Rusiyanın daha bir regionunda niqab qadağan olundu
Rusiyanın Qaraçay-Çərkəz Respublikasında niqab geyinmək qadağan edilib.

meqale.com "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə TASS-a Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri İsmayıl Hacı Berdiyev məlumat verib.

"Qaraçay-Çərkəz Müftiliyi respublikada niqab taxmağı qadağan etmək qərarına gəlib, şəriətə görə, üzü tamamilə gizlədən paltar geyinmək qadağandır", - deyə Berdiyev bildirib.

Müfti qeyd edib ki, müvafiq qərar yalnız təhlükəsizlik məqsədilə verilib.

Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi bildirib ki, qadağa müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə gəlinənə qədər müvəqqətidir.

Qeyd edək ki, bir neçə gün öncə Dağıstanda niqab qadağan olunub.