Rusiyanın məşhur şousunda Müslüm Maqomayevin mahnısı oxundu - VİDEO
Rusiyanın NTV kanalında yayımlanan məşhur "Maska" şousunda mərhum Xalq artisti Müslüm Maqomayevin mahnısı səsləndirilib.
meqale.com xəbər verir ki, "Огурчика" ("Xiyar") obrazı altında gizlənən müğənni mərhum sənətçinin "Toy" mahnısını oxuyub.
Qeyd edək ki, daha əvvəl - layihənin ikinci mövsümündə M.Maqomayevin "Mavi əbədiyyət" mahnısını "Timsah" maskası altında gizlənən Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) oxuyub.(axsam.az)