Rusiyanın Moskva vilayətində “Elektroizolit” zavodu yanır
Rusiyanın Moskva vilayətinin Xotkov şəhərində yerləşən "Elektroizolit" zavodunun korpuslarından birində yanğın başlayıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Mash" "Telegram" kanalı yayıb.
Bildirilib ki, "Elektroizolit" çoxprofilli elektrotexniki sənaye zavodudur. O, əsasən izolyasiya materialları istehsal edir.
Yanğın zamanı xəsarət alanlar və dəyən zərər barədə məlumat verilməyib.
Yanğının sahəsi əqiqləşdirir.