Rusiyanın “Pantsir” istehsal edən zavodu vuruldu
Rusiyanın Tula şəhərindəki "Şeqlovskiy val" zavodu Ukrayna PUA-ları tərəfindən vurulub.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zavodun yerləşdiyi Proletar rayonunda partlayışlar baş verib.
Bildirilir ki, "Şeqlovskiy val" zavodunda "Pantsir-S" zanit-raket kompleksləri istehsal olunur.