Rusiyanın Ukraynadakı ümumi itkisi açıqlandı - Şok rəqəm

Rusiyaya Ukraynadakı genişmiqyaslı müharibə zamanı verdiyi itkilərdən sonra ordusunu bərpa etmək üçün beş il lazım olacaq.

Rusiyanın Ukraynadakı ümumi itkisi açıqlandı - Şok rəqəm
Rusiyaya Ukraynadakı genişmiqyaslı müharibə zamanı verdiyi itkilərdən sonra ordusunu bərpa etmək üçün beş il lazım olacaq.

meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri Britaniya Müdafiə Qərargahının rəisi Entoni Radakin deyib.

"Rusiya müharibə başlayandan indiyə qədər 555 min əsgər itirib və biz hesab edirik ki, Putinə Rusiya ordusunu 2022-ci ilin fevralında olduğu səviyyəyə çatdırmaq üçün beş il, müharibənin üzə çıxardığı zəif cəhətləri düzəltmək üçünsə daha beş il lazım olacaq", - o bildirib.