Rusların üç əsas hədəfi - General açıqladı
Rusiya qoşunları hazırda logistik yolları kəsmək və Konstantinovka, Kramatorsk və yaxın gələcəkdə Slavyanska hücumlar etmək istəyir.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Nikolay Malomuj deyib.
O bildirib ki, sadalanan məhz bu üç nöqtə düşmənin (Rusiya - red.) hədəfi sayılır.
Malomujun sözlərinə görə, ruslar aviasiyadan olduqca az, həlledici hücumlarda istifadə edirlər.