Saakaşvili məhkəmədə prezidentdən əfv istədi
Gürcüstanın sabiq Prezidenti Mixael Saakaşvili dövlət başçısı Salome Zurabişvilidən əfv olunmasını istəyib.
meqale.com report-a istinadən xəbər verir ki, o, bu barədə məhkəmə iclasında danışıb.
Saakaşvili bildirib ki, o, bir müddət Gürcüstandan kənarda olmalıdır: "Təbii ki, xanım Zurabişvili bir imza ilə atasını uşaqlara qaytara və ən əsası, Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər".