“Sabah” Azərbaycan çempionu oldu
"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub.
meqale.com xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan final seriyasının altıncı oyununda "Neftçi"yə 83:78 hesabı ilə qalib gələn "bayquşlar" qızıl medallara sahib çıxıblar.
Rimas Kurtinaytisin rəhərlik etdiyi kollektiv həlledici seriyada dördüncü qələbəni əldə etməklə çempionluq sevinci yaşayıb.