Sabah Bakının bu rayonları qazsız qalacaq

Sabah Bakının Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Sabah Bakının bu rayonları qazsız qalacaq
Sabah Bakının Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

meqale.com xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin "Sabunçu-əhali" orta təzyiqli qaz kəmərinə qoşulması, Xəzər rayonunun Şüvəlan qəsəbəsi, Mayak bağları ünvanında orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə 04.03.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.