“Sabah” Bolqarıstanda məğlub oldu

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi "Sabah" III təsnifat mərhələsində ilk oyununa çıxıb.

“Sabah” Bolqarıstanda məğlub oldu
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi "Sabah" III təsnifat mərhələsində ilk oyununa çıxıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Bakı klubu səfərdə Bolqarıstanın "Levski" komandası ilə qarşılaşıb. Sofiyanın "Georgi Asparuxov" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün yeganə qolunu oyunun əsas vaxtına əlavə olunmuş 8-ci dəqiqədə Borislav Rupanov vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Bakıda baş tutacaq.