“Sabah” “Mornar”a məğlub oldu - FOTO
Basketbol üzrə Azərbaycan çempionu Avropa kubokunda ilk oyununu keçirib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, "Sabah" səfərdə "Mornar"ın (Monteneqro) qonağı olub.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə yekunlaşıb. Oyunun 4-cü periodunda 9 xal geriyə düşən "Sabah" böyük əzmkarlıq sayəsində hesabda önə keçib. Son 1 dəqiqəyə 75:72 öndə keçən basketbolçularımız üstünlüyü qoruya bilməyiblər. Meydan sahibləri ardıcıl 8 xal qazanaraq, ilk görüşü qələbə ilə başa vurublar.
Avropa kuboku D qrupu 1-ci tur "Baxçaşəhər Koleji" (Türkiyə) - "Nimburk" (Çexiya) - 88:89 "Mornar" (Monteneqro) - "Sabah" (Azərbaycan) - 80:75