Sabah Xankəndidə Zəfər paradı keçiriləcək
Sabah-noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərində parad keçiriləcək.
meqale.com report-a istinadən xəbər verir ki, artıq Zəfər paradına hazırlıq işləri başa çatmaq üzrədir.
Paradda Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, xüsusi təyinatlı və digər silahlı birləşmələrin keçidi olacaq.
Həmçinin düşməndən qənimət kimi götürülən hərbi texnikalar nümayiş etdiriləcək.