Sabiq prezidentə hökm oxundu
Tunis məhkəməsi keçmiş prezident Monsef Marzoukini qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib.
meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmə sözçüsü Məhəmməd Zitouna cümə günü Tunisin dövlət xəbər agentliyi TAP-a bildirib.
Sabiq prezident hazırda Parisdə yaşayır. O, hökuməti devirməyə çağırışlarda ittiham olunub.
Onun vəkili Samir Ben Amor "The Associated Press"ə bildirib ki, hökm hökumətin "opponentlərə qarşı siyasətini sərtləşdirməsini" nümayiş etdirir.