Sabirabadda qanunsuz saxlanılan odlu silahlar aşkarlandı - FOTO

Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Sabirabadda qanunsuz saxlanılan odlu silahlar aşkarlandı - FOTO
Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Bu barədə meqale.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd edilib ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən müvafiq tədbirlər nəticəsində 15 rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.