Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Sabirabad rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var
Sabirabad rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Yaxadəllək kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, "Mercedes" markalı avtomobil digər avtomobillə toqquşub.

Qəza nəticəsində Abşeron rayon sakini 1990-cı il təvəllüdlü Bayramova Günel Eldar qızı və Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Səmədova Gülnar Rafiq qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.