Şagirdləri daşıyan mikroavtobus qəza keçirdi - ANBAAN VİDEO

Bakıda Aeroport yolunun Buzovna qəsəbəsindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Şagirdləri daşıyan mikroavtobus qəza keçirdi - ANBAAN VİDEO
Bakıda Aeroport yolunun Buzovna qəsəbəsindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə zamanı şagirdləri daşıdığı deyilən mikroavtobus "Prius"la toqquşmadan yayınmaq üçün qəfil manevr edib. Nəticədə mikroavtobus idarəetmədən çıxaraq dəmir arakəsməyə dəyib.

Xəsarət alanlar barədə məlumat yoxdur.