Şahbaz Şərif Azərbaycana gəlir
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfər proqramı açıqlanıb.
meqale.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 7-8-də baş tutacaq səfər çərçivəsində Ş.Şərif Bakıda Zəfər Gününün beşinci ildönümü ilə bağlı keçiriləcək hərbi paradda iştirak edəcək.
Bununla yanaşı, Pakistan Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirəcək.
meqale.com