Şahdağda qar fəlakəti: "Hummer" aşdı - sürücü və həyat yoldaşı...

Fevralın 6-da Şahdağda Qusar rayonunun Laza kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Şahdağda qar fəlakəti:
Fevralın 6-da Şahdağda Qusar rayonunun Laza kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com xəbər verir ki, bu barədə oxuya Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.

O bildirib ki, hadisə saat 18 radələrində baş verib.

"Şahdağ yolu, Laza kənd ərazisində qeydə alınan hadisə zamanı nəqliyyat vasitəsində iki nəfər - sürücü və həyat yoldaşı olub. Qarla əlaqədar olaraq sürüşmə baş verib, "Hummer" markalı nəqliyyat vasitəsi tərsinə banı üzərinə aşıb. Hadisə zamanı xəsarət alan olmayıb".