Salih Özcanın evi yandı

Türkiyə millisinin üzvü Salih Özcanın Almaniyanı Dortmund şəhərindəki evi yanıb. 

Salih Özcanın evi yandı
Türkiyə millisinin üzvü Salih Özcanın Almaniyanı Dortmund şəhərindəki evi yanıb. 

meqale.com yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Yanğına səbəb qısa qapanma nəticəsində yaranıb və eyvandakı mebellərə sıçraması sayəsində yayılıb. 

Yanğın 1,5 saata söndürülüb. Türkiyə millisinin Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Latviya ilə görüşdən sonra Dortmunda qayıdan Salih Özcana səlahiyətli şəxslər tərəfindən evinin yanması barədə məlumat verilib. 

25 yaşlı yarımmüdafiəçi durumla bağlı açıqlamasında deyib: "Vəziyyətimiz çox yaxşıdır, şükür. Sadəcə maddi zərərə uğramışıq. Önəmli olan odur ki, heç kim yaralanmayıb".