Salyanda 63 yaşlı kişini güllələyən şəxs saxlanıldı - YENİLƏNİB - FOTO

22:17

Salyanda 63 yaşlı kişini güllələyən şəxs saxlanıldı - YENİLƏNİB - FOTO
22:17

Salyan rayonunda 63 yaşlı kişini güllələyən şəxs saxlanılıb.

Oxu.Az xəbər verir ki, hadisə Salyan rayonunun Seyidsadıqlı kəndində baş verib.

Belə ki, həmin kənd sakini, Qismət Səmədov çöl quşları ovlayan zaman ehtiyatsızlıqdan ov tüfəngi ilə böyürtkən yığıb evə qayıdan həmkəndlisi, 63 yaşlı İsgəndər Tağıyevə xəsarət yetirib.

Qismət Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

--------------- 2025.09.12 Salyan rayonunda güllələnmə hadisəsi baş verib.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Tağıyev İskəndər Adışırin oğlu bədənini müxtəlif yerlərində güllə seçmə yaraları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının dediyinə görə, İ. Tağıyev çöldə böyürtkən yığan zaman tanımadığı şəxs tərəfindən ov tüfəngi ilə güllələnib.