Salyanda AĞIR QƏZA: mikroavtobus aşdı, ölən var - FOTO
Salyan rayonunda mikroavtobusun kanala aşması nəticəsində bir nəfər ölüb.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Parça Xələc kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" markalı mikroavtobus anidən edarəetmədən çıxaraq yolun kənarındakı kanala aşıb.
İlkin məlumata görə, qəza zamanı Eyyubova Dəyanə Mükafat qızı hadisə yerində dünyasını dəyişib.
Hazırda meyitin çıxarılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdıra aparılır.