Şamaxıda 64 yaşlı kişi evinin həyətində ölü tapılıb
Şamaxıda 64 yaşlı kişi evinin həyətində ölü tapılıb.
meqale.com APA-ya istinadən bildirir ki, Çuxuryurd kənd sakini, 1959-cu il təvəllüdlü Əlvan Təhməzov yaşadığı evin həyətində asılı vəziyyətdə aşkar edilib.
Onun intihar etdiyi ehtimal edilir. Bildirilib ki, o, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.