Şamaxıda avtomobil traktorla toqquşdu - yaralananlar var

Şamaxıda ağır avtomobil qəzası baş verib. VAZ-2107 markalı avtomobil traktorla toqquşub.

Şamaxıda avtomobil traktorla toqquşdu - yaralananlar var
Şamaxıda ağır avtomobil qəzası baş verib. VAZ-2107 markalı avtomobil traktorla toqquşub.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Göylər kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində Şamaxı sakini 1964-cü il təvəllüdlü Əmirağa Ələsgər oğlu Abbasov, 1975-ci il təvəllüdlü Şəhla Balakərəm qızı Abbasova, 1970-ci il təvəllüdlü Zərifə Balakərəm qızı Təhməzova və 1963-cü il təvəllüdlü Səadət Balakərəm qızı Adıgözəlova ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Vəziyyəti ağır olan iki nəfər Bakı şəhər travmatalogiya xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.  

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun