Samir Abasov "Neftçi"də tilsimi qırdı

Futbol üzrə Misli Premyer Liqasında X turun növbəti oyunu keçirilib.

Samir Abasov
Futbol üzrə Misli Premyer Liqasında X turun növbəti oyunu keçirilib.

meqale.com metbuat.az-a istinadən xəbər verir ki, günün ikinci matçında "Neftçi" doğma meydanda "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı üstünlüyü ilə başa çatıb. Paytaxt təmsilçisinin heyətində 45+3-cü dəqiqədə Ramil Şeydayev, 58-ci və 67-ci dəqiqələrdə Dembo Darbo fərqləniblər. "Səbail"in yeganə qoluna isə 90+3-cü dəqiqədə Samir Abdullayev imza atıb.

Qeyd edək ki, bu, "Neftçi"nin baş məşqçi postuna yeni təyinat alan Samir Abasovun ilk matçı olub. O, "Neftçi"nin qələbəsizllk seriyasına inamlı qalibiyyətlə son qoyub.

"Neftçi"nin baş məşqçisi Samir Abasov matçdan sonra fikirlərini bölüşüb: