Samir Ağabalayevə vəzifə verildi
Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası Samir Ağabalayevə həvalə edilib.
meqale.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.
S.Ağabalayev uzun müddətdir nazirliyin aparatında çalışır. Belə ki, nazirin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsini icra etmək müvəqqəti olaraq S.Ağabalayevə tapşırılıb.