Samir Şərifovdan müdafiə və təhlükəsizlik xərcərinə dair AÇIQLAMA
İmkan olan halda müdafiə və təhlükəsizlik məsələlərinə ayrılan vəsait artırılır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
"Bilirsiniz ki, 2023-cü ildə dövlət büdcəsinə yenidən baxıldı və müdafiə və təhlükəsizlik məsələlərinə ayrılan vəsait artırıldı. Yəni imkan olduğu halda bu istiqamətdə xərclər artırılır", - deyə o əlavə edib.