San-Marino Respublikasının Kapitan-Regentləri İlham Əliyevə təbrik ünvanlayıb
San-Marino Respublikasının Kapitan-Regentləri Filippo Tamanyini və Qaetano Troina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və bu ali vəzifədə fəaliyyətə başlamağınız münasibətilə San-Marino Respublikasının dövlət qurumları və xalqı adından Sizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Zati-aliləri, Azərbaycan xalqına rifah və firavanlıq arzulayır, Sizə hörmət və ehtiramımızı bildiririk".
meqale.com