Sankt-Peterburqda maska rejimi tətbiq edildi
Rusiyanın Sankt-Peterburq şəhərində bu gündən etibarən kütləvi tədbirlər üçün maska rejimi tətbiq edilib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə müvafiq qərarı şəhərin baş sanitar həkimi Nataliya Başketova imzalayıb.
Qərara əsasən, tədbirlərin təşkili və keçiriləcəyi zaman işçilər fərdi qoruyucu vasitələrdən istifadə etməli olacaqlar.