"Şanlı Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan xalqının, qəhrəman oğullarımızın qələbəsidir" - VİDEO
Hər bir azərbaycanlının fəxr, qürur yeri olan şanlı Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun, bütövlükdə Azərbaycan xalqının, qəhrəman oğullarımızın qələbəsidir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Zəfər Günü ilə bağlı "Space News"a danışan siyasi şərhçi, Trend BİA-ın direktor müavini Sahil Kərimli deyib.
"Beynəlxalq nüfuzumuz durmadan artdı. Eyni zamanda Prezident İlham Əliyevin bütün beynəlxalq tribunalardan, mötəbər kürsülərdən səsləndirdiyi bəyanatlar, Azərbaycanın haqq işinin, ədalət işinin bütün dünyaya doğru-düzgün çatdırması istiqamətində də, təbii ki, informasiya siyasəti sahəsində də Prezident İlham Əliyev çox böyük möhtəşəm uğurlar əldə etdi", - deyə o bildirib.
Sahil Kərimlinin sözügedən açıqlamasını daha ətraflı videodan izləyə bilərsiniz: meqale.com