Saqqala görə 6 bərbər güllələndi

Pakistanın Şimali Vəziristan rayonunda 6 bərbər bir gecədə güllələnib. 

Saqqala görə 6 bərbər güllələndi
Pakistanın Şimali Vəziristan rayonunda 6 bərbər bir gecədə güllələnib. 

meqale.com modern.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Rayon polis rəisi Rokhan Zeb Xan onların başından güllələndiyini təsdiqləyib: "Bu hadisənin motivlərinin nə olduğu hələ məlum deyil, biz araşdırırıq".

Qətllərlə bağlı heç bir qrup məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, silahlıların məskunlaşdığı sözügedən bölgədə kişilərin saqqal saxlaması tələb olunur.