Satanovski Zaxarova və Boqdanovdan üzr istədi

Rusiyalı şərqşünas alim Yevgeni Satanovski Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov və diplomatik departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova haqqında səsləndirdiyi təhqiramiz bəyanatlardan təəssüfləndiyini bildirib.

meqale.com axar.az-a istinadən bildirir ki, o, bu barədə Teleqram kanalında yazıb.

"Səmimi qəlbdən üzr istəyirəm. Bunlar regiondakı vəziyyətlə bağlı yersiz emosiyalar idi. Bu sözləri üzrxahlıq kimi qəbul edin", - o bildirib.

Qeyd edək ki, bundan əvvəl Satanovski israilli jurnalistin Yutub kanalına açıqlamasında Boqdanov və Zaxarova haqqında təhqiramiz ifadələr işlədib.