Saxlanılan Şoyqunun müavini barəsində qərar verildi

Moskvanın Basman rayon məhkəməsi ölkənin müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Saxlanılan Şoyqunun müavini barəsində qərar verildi
Moskvanın Basman rayon məhkəməsi ölkənin müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki,  o, iyunun 23-nə qədər istintaq təcridxanasında saxlanılacaq. 

Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (18 200 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Onun ittiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.